“SOCAR Polymer” Yay Təcrübəsi proqramına start verir – Maaşlı!

0

SOCAR Polymer” MMC 2018-ci ilin Yay Təcrübəsi proqramında iştirak üçün ərizə qəbulu elan edib.

Bu barədə “Report”a Şirkətdən bildirilib.

Qeyd edilib ki, “SOCAR Polymer” şirkətinin təşəbbüsü ilə 2016-cı ildə başlanmış və 2017-ci ildə təkrar keçirilmiş Yay Təcrübəsi proqramından artıq 34 gənc faydalanıb, 20 təcrübəçi daha sonra Şirkətdə işə qəbul olunub.

“Uğurlu nəticələr vermiş yay təcrübəsi proqramı silsiləsini davam etdirmək niyyəti ilə “SOCAR Polymer” 2018-ci ilin Yay Təcrübəsi proqramında iştirak üçün ərizələrin qəbulunu elan edir. “SOCAR Polymer” şirkətində keçirilən təcrübə Şirkət haqqında, sadəcə, daha dolğun təsəvvür almaq üçün bir vəsilə deyil. Bu həm də bacarıq və təcrübə əldə etmək və özünü Şirkətin həyata keçirdiyi mühüm işlərdən birinə həsr etmək üçün cəlbedici və dəyərli bir imkandır. “SOCAR Polymer” şirkəti isə, öz növbəsində, yeni və bacarıqlı mütəxəssislərə dəstək olaraq onlara gələcəkdə daha böyük fürsətlər əldə etmək üçün geniş imkanlar yaradacaq”, – Şirkətdən qeyd olunub.

Proqramın davam etdiyi 10 həftə ərzində təcrübəçilər ixtisaslı kollektivinin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. Həmin on həftə ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcək və icraatda olan layihələrə töhfələrini verəcəklər. Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə başlayacaq təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə qoşulacaqlar. Təcrübənin böyük hissəsinin iş yerlərində keçirilməsi ilə yanaşı fərdi ünsiyyətqurma bacarıqlarının aşılanması məqsədilə çoxsaylı təlimlər də keçiriləcək. Təcrübə dövrü ərzində həm təlim sessiyaları, həm də obyektlərə sahə ziyarətləri təşkil olunacaq. Bununla yanaşı, mütəxəssislərlə görüşmək və onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar yaradılacaq.

Bildirilib ki, misilsiz təcrübə və sərfəli saathesabı əməkhaqqı ilə bərabər bu proqram təcrübəçilər üçün aşağıdakı imkanları yaradacaq:

Şirkət haqqında daha geniş təsəvvür əldə etmək imkanı. Burada Şirkətin mahiyyəti, onun rolu və personalı haqqında təsəvvür nəzərdə tutulur. Yəni təcrübəçilər kollektivin gələcək diplomlu mütəxəssisi roluna özlərini uyğun görüb-görmədiklərini müəyyən edəcəklər.

Kollektivin işinə qoşulmaq imkanı. Təcrübəçilər real layihələr çərçivəsində aparılan işlərdə iştirak etməyə sövq edilərək sınaqdan keçiriləcəklər. Bu, təcrübə əldə etmək və həmin işlərin onlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün ən yaxşı üsuldur.

Təkcə təcrübə deyil, daha çox şey əldə etmək imkanı. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.

Peşəkar inkişafda irəliləyiş etmək imkanı. Bacarıqlarının ən yaxşı formada büruzə vermələrinə kömək etmək məqsədilə təcrübəçilərə kifayət qədər dəstək veriləcək və təlim kursları təşkil olunacaq. Kurslarda yüksək müvəffəqiyyət dərəcələri qazanan təcrübəçilərə gənc mütəxəssis qismində iş təklif oluna bilər. Belə hallarda, həmin təcrübəçilər öz təhsil müəssisələrinə qayıdıb təhsillərinə davam edir, bizim Şirkətdə isə natamam ştat işçisi kimi fəaliyyət göstərəcəklər.

Proqram mühəndislik, informasiya texnologiyaları sistemləri, satınalma, layihənin idarə edilməsi, audit, maliyyə, mühasibatlıq, insan resursları, ictimai əlaqələr, logistika və hüquq sahələrində təhsil alan gənclər üçün nəzərdə tutulmuşdur. Müxtəlif universitetlərin inglis dilində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olan, 3, 4 və 5-ci kurs tələbələri, eyni zamanda magistr pilləsinin 1 və 2-ci il tələbələri bu proqramda iştirak etməyə dəvət olunurlar.

Namizədlər öz karyera gözləntilərinə ən uyğun olan təcrübə sahəsi və ya bir neçə sahə üzrə proqrama qatılmaq üçün ərizə verə bilərlər.

Yay Təcrübəsi proqramına qatılmaq üçün www.socarpolymer.az saytının “Karyera > İstehsalat Praktikası Proqramı” bölməsində yerləşdirilmiş ərizə forması doldurularaq 31 may 2018-ci il tarixinə qədər təqdim olunmalıdır.

İstehsalat praktikası proqramı

“SOCAR Polimer”in təcrübə proqramına qoşulmaq üçün müraciət etmək sizin yeni maraqlı bir karyeraya doğru atdığınız ilk addım ola bilər. Biz həmişə şirkətimizə qoşulmaq və işimizi irəli aparmağa görmək etmək arzusunda olan gənclər axtarırıq. Kollektivə qoşulduqdan sonra siz hərəsi öz sahəsində işinin peşəkarı olan mütəxəssislərlə çiyin-çiyinə işləyərək maraqlarınız və qabiliyyətlərinizə uyğun olaraq seçilən real layihələrdə hər gün tam həcmdə iştirak edəcəksiniz. Supervayzeriniz və kuratorunuz sizə birbaşa dəstək verəcək, siz isə keçdiyiniz təcrübədən maksimum fayda əldə etmək üçün təcrübə proqramı boyunca gördüyünüz işi müntəzəm olaraq qiymətləndirəcəksiniz. Təcrübə proqramının sonunda kuratorunuz və/və ya supervayzerinizlə birgə əldə etdiyiniz əmək göstəricilərini qiymətləndirəcəksiniz. Sizdən həm də layihə haqqında yekun təqdimat hazırlamaq xahiş olunacaq. Təcrübə proqramında müvəffəqiyyət əldə etdiyiniz təqdirdə sizə şirkətdə tam və ya yarım-ştat iş təklif oluna bilər.

Requisition ID Title Start Date End Date
0002 Accounting Intern 04 May, 2018 31 May, 2018
0010 Auditing Intern 04 May, 2018 31 May, 2018
0014 Electrical Engineering Intern 04 May, 2018 31 May, 2018
0001 Finance Intern 04 May, 2018 31 May, 2018
0020 Geoscience Intern 04 May, 2018 31 May, 2018
0005 Human Resources Intern 04 May, 2018 31 May, 2018
0015 I&C Engineering Intern 04 May, 2018 31 May, 2018
0008 IT (ERP) Intern 04 May, 2018 31 May, 2018
0006 Learning & Development Intern 04 May, 2018 31 May, 2018
0004 Legal Intern 04 May, 2018 31 May, 2018
0003 Logistics Intern 04 May, 2018 31 May, 2018
0012 Mechanical Engineering Intern 04 May, 2018 31 May, 2018
0011 Piping Engineering Intern 04 May, 2018 31 May, 2018
0007 Planning Intern 04 May, 2018 31 May, 2018
0013 Process Engineering Intern 04 May, 2018 31 May, 2018
0018 Procurement Intern 04 May, 2018 31 May, 2018
0019 Project Control intern 04 May, 2018 31 May, 2018
0009 Public Relations Intern 04 May, 2018 31 May, 2018
0017 Quality Assurance Engineering Intern 04 May, 2018 31 May, 2018
0016 Sales Intern 04 May, 2018 31 May, 2018