Məleykə Abbaszadə İsmayıllı rayonunda vətəndaşları qəbul etmişdir

0
300
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İsmayıllı
rayonunda vətəndaşları qəbul etmişdir
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 29-da şəhər və
rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq İsmayıllı
rayonunda vətəndaşları qəbul etmişdir.
Qəbulda İsmayıllı rayonunun sakinləri ilə yanaşı Şamaxı, Qəbələ, Qobustan
rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi
köçkünlər də iştirak etmişlər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.
Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, ikinci
qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat, vakant dövlət qulluğu
vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM
Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in
səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər
müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar
da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün
müvafiq tədbirlər görülmüşdür.