25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi

0

29 may – 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərgi 29 may – 1 iyun tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Azərbaycanda ilk ixtisaslaşdırılmış tədbir olan Xəzər Neft və Qaz sərgi və konfransı 25 il ərzində uğurla keçirilməsi sayəsində regionun əsas sənaye forumu statusunu qazanmışdır. Hər il keçirilən “Caspian Oil and Gas”, əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirir.

Bu il “Caspian Oil & Gas” sərgisinin yubileyi bir neçə əhəmiyyətli tarixə təsadüf edir, belə ki, sərginin keçirildiyi ilk gündən bu tədbiri dəstəkləmiş və onun təşəbbüskarı olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi keçirilir. Birinci sərgi 1994-cü ildə, elə həmin ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsinin əsas istiqamətlərini müəyyən edən və ölkəmizin neft tarixində yeni səhifə açan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmçinin bu il ölkədə Azərbaycan Demokratik Respublikasının (ADR, 1918) 100 illik yubileyi qeyd edilir.  Bu əlamətdar hadisələr sərgi proqramında öz əksini tapacaq.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Həmçinin, “Caspian Oil & Gas” sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də son dərəcə mühüm dəstək göstərilir. Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisinin 40%-ni sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Onların arasında SOCAR, BP, Total, Statoil, Petkim və digər şirkətlər yer alır. Bu il tədbirin daimi iştirakçıları olan Rusiya və İtaliya da öz milli qrupları ilə çıxış edirlər.  Bu il sərgidə Azərbaycandan, Almaniyadan, Böyük Britaniyadan, Çindən, Fransadan, Gürcüstandan, İrandan, İtaliyadan, İspaniyadan, Malayziyadan, Özbəkistandan, Rusiyadan, Türkiyədən, Ukraynadan və digər ölkələrdən şirkətlər iştirak edəcəklər. Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Tədbirin statusunu sponsorlarının tərkibi təsdiqləyir. Belə ki, platin sponsoru qismində ənənəvi olaraq SOCAR, qızıl sponsorları qismində BP və Statoil, gümüş sponsoru TP Azerbaijan, Bürünc sponsorlar qismində isə Azeri MI, AZFEN, Baku Steel Company, BOS SHELF, Caspian Drilling Company, Caspian Marine Services (CMS), RussNeft, SOCAR Polymer, Tekfen Construction və digərləri çıxış edir.

Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində “Fairmont Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Konfrans hər il aparıcı şirkətlərin 500-dən çox ali rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir arada toplayır və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi üçün imkanlar yaradır.

Tədbirin statusunu həm də konfrans sponsorlarının tərkibi təsdiqləyir, belə ki, konfransın platin sponsoru qismində SOCAR çıxış edir. Konfransın Qızıl Sponsorlar qismində BP, Petronas, Statoil, Gümüş Sponsorlar –  INPEX, McDermott, Bürünc Sponsorlar – EGS, EY, Dentons, Lamor Corporation, Nobel Upstream, SOCAR AQS, Total, Turkish Petroleum çıxış edirlər.

Bu il “Caspian Oil & Gas” sərgisi daha parlaq və dolğun keçəcəkdir. Belə ki, “Caspian Oil & Gas” sərgi və konfransının 25 illik yubileyi münasibəti ilə əlaqədar olaraq, təşkilatçılar tərəfindən əlavə tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi planlaşdırılır.

Bu gün haqlı olaraq “Caspian Oil & Gas” sərgisini əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli neft strategiyasının təntənəsi adlandırmaq olar. Təşkilatçılar əmindirlər ki, 25 illik bir dövrü arxada qoymuş bu sərgi regionun neft sektorunda əldə olunan nailiyyətlərin vizit kartı, habelə işgüzar əlaqələr və qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər yaradan platforma olaraq qalacaq.

Sərginin iş saatları  ↑ 

 

29 may, Çərşənbə axşamı 15:00 – 18:00
30 may, Çərşənbə 10:00 – 18:00
31 may, Cümə axşamı 10:00 – 18:00
1 iyun, Cümə 10:00 – 18:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Keçirildiyi yer  ↑ 

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

“Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “Koroğlu” metro stansiyasından – N 136, 160, 171

 

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

Marşrutun sponsoru:
БРОНЗОВЫЙ СПОНСОР     БРОНЗОВЫЙ СПОНСОР
29 may 30 may 31 may 1 iyun
Bakı Ekspo Mərkəzinə

12.00
13.00
14.00
15.00
16.00
17.00

Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00

Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00

Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00

Bakı Ekspo Mərkəzindən

13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00

 

 

Ziyarət qaydaları  ↑ 

Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

  • Nəzərinizə çatdırırıq ki, internet saytımız vasitəsilə qeydiyyatdan keçmə, məktəbli, tələbə və məşğulluğu olmayan şəxslərə sərgiyə dair döş nişanı almaq və sərgiyə daxil olmaq hüququnu vermir.
  • 29 may – 1 iyun tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
  • Tələbələr sərgiyə yalnız 1 iyun tarixində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir.
  • Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.

Bu il təşkilatçılar Bagcam.az uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada Bagcam.az şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.

Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları “FAST TRACK” masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
  • Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin 

Sərgi kompleksinin ərazisində servis xidmətləri  ↑ 
  • Tibb məntəqəsi
  • Restoran
  • Qəhvə evi
  • Bankomat
  • Enerji yükləmə stansiyası
  • Sərgi təşkilatçılarının stendi
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi

 

 


Sizi sərgidə gözləyirik!