“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş sərgi

0
1111

2018-ci il iyun ayının 2-də “Xətai Sənət Mərkəzi”ndə Qara
Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “1
İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş
sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin
nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin müdriyyətinin, incəsənət
xadimlərinin və rəssamların,
həmçinin kütləvi informasiya
vasitələrinin mənsublarının iştirakı nəzərdə tutulmuşdur.
Sərginin açılışı Q. Qarayev adına
Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusiflinin açılış
nitqindən sonra baş tutacaqdır.
Sərgidə 30-a yaxın şagirdin 80-dən çox rəsm əsərlərinin nümayişi nəzərdə
tutulmuşdur. Onlardan əlavə, məktəbin tar, həmçinin nağara
ifaçılarının musiqi nömrələri və çıxışları baş tutacaq.
Sərginin sonunda tədbir iştirakçılarının diplom və hədiyyələrlə təltif edilməsi
həyata keçiriləcək.