Azərbaycan Texnologiya Universiteti gənc müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə elan edir

0
Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti
(UTECA) professor-müəllim heyətinin tərkibini gəncləşdirmək, müasir
təlim və tədris metodikalarından istifadə bacarıqlarına malik olan
pedaqoji kadrları işə cəlb etmək məqsədilə 2018/2019 – cu tədris ili üçün
aşağıdakı ixtisaslar və fənnlər üzrə gənc müəllimlərin işə qəbulu ilə bağlı
müsabiqə elan edir.
Müsabiqə iki mərhələdən ibarətdir
1.Aşagıda qeyd olunan ixtisaslar və ya fənnlər üzrə
universitetdə tədris fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin
CV-lərinin elektron poçt vasitəsilə qəbul edilməsi və müsabiqənin
sərtlərinə cavab verən namizədlərin seçilməsi.
2 Seçilmiş namizədlərlə müvafiq ixtisas və ya fənnlər üzrə
müsahibə.
İxtisaslar:
1 Kimya mühəndisliyi
2 Komputer mühəndisliyi
3 İT Mühəndisliyi
4 Riyaziyyat müəllimliyi
Fənnlər:
1 İstehsalın iqtisadiyyatı və menecment
2 Maliyyə
3 Ekonometrika
4 Menecment
5 Bank işi
6 Bank menecmenti
7 İqtisadiyyatın tənzimlənməsi
8 İnsan resurslarının idarəolunması
9 Makroiqtisadiyyat
10 Mikroiqtisadiyyat
11 Ətraf mühitin iqtisadiyyatı
12 Vergilər və vergitutma
13 Neft-qaz sənaye iqtisadiyyatı
14 Qeyri-neft sənaye iqtisadiyyatı

Müsabiqədə iştirak etmək üçün əsas şərt
1 Namizəd ən azı magistr məzunu olmalıdır.
2 Namizədin 24-45 yaş arası olması arzuolunandır.
Yuxarıda sadalanan vakant yerlərlə bağlı əlavə məlumat almaq və
ya müraciət etmək istəyən namizədlər iddia etdiyi müvafiq ixtisasın və ya
fənnin adını qeyd etməklə CV-lərini [email protected] və ya
[email protected] e-mail ünvanlarına göndərə bilərlər.
CV-lərin qəbulu üçün son tarix: 15 iyun 2018-ci il
Əlaqə telefonu: 050 965 10 79
(022) 257 15 85
E-Mail ünvanı: a.ilyasov @uteca.edu.az