“MÖCÜZƏ YARAT” uşaq defile-şousu – BUGÜN

0

“Azərbaycan xalçaçıları” İctimai Birliyi və NUR Art House Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “MÖCÜZƏ YARAT” uşaq defile-şousu təşkil edir.
Tədbirdə “Azərbaycan xalçaçıları” İB-nin üzvü, dizayner-rəssam Hökumə Qasımovanın milçə ilə toxuduğu bədii hörmə nümunələri “İncilər” qrupunun üzvləri tərəfindən sözlə nəğmənin və rəqsin müşayiəti ilə tamaşaçılara təqdim ediləcək.
Rəngarəng çıxışlar, oyunlar, rəqslər balalarımıza mədəniyyətimizin zənginliyini, tariximizin qədimliyini və bizə müstəqilliyimizin əbədiliyini aşılayan dövlətçiliyimizin varlığının əhəmiyyətini təlqin edəcək.
Qəlbində uşaqlıq həvəsi olan hamını tədbirimizdə gözləyirik.