SOCAR-ın Təlim – Tədris Mərkəzinə şagird qəbulu başlayıb! – Təqaüdlü!

0
399
TƏLİM MƏRKƏZİNƏ SƏNƏD VERMƏK İSTƏYƏN GƏNCLƏRİN NƏZƏRİNƏ!

SOCAR, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu üzrə müsabiqə elan edir.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı “Qəbul qaydaları” bölməsindən ala, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldura bilərsiniz.

S\s Peşə ixtisasları Yer sayı Müddəti
1 Aparatçı (Yalnız kişilər)* 49 1 il
2 Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (Yalnız kişilər)* 10 1 il
3 Kimyəvi analiz laborantı 6 1 il
4 Kompressor qurğularının maşinisti (Yalnız kişilər)* 12 1 il
5 Təmirçi çilingər (Yalnız kişilər)* 10 1 il
6 Avtoyükləyici maşinist (BC kateqoriyası üzrə sürücülük vəsiqəsi
olanlar)
10 6 ay
7 Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 4 1 il
CƏMİ 101

* Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə qadın əməyinin qadağan olunduğu peşələr.

Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər.

Müraciət üçün son tarix: 4 iyun 2018-ci il saat 17:00-dək

Qəbul qaydaları

Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) şagird qəbulu müsabiqə əsasında həyata keçirilir.

Müsabiqədə iştirak üçün tələblər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər);
  • 15.09.2018-ci il tarixinədək 29 yaşı tamam olmamalı;
  • Orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olmalı (Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər);
  • Hərbi bileti olmalı (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən aslı olmayaraq);
  • Tibb müəssisəsindən sağlamlıq haqqında arayış (forma 86) və rentgen (flüoroqrafiya);
  • Məcburi köçkün vəsiqəsi (Sumqayıt və Abşeronda məskunlaşmıs məcburi köçkünlər);
  • BC kateqoriyalı sürücülük vəsiqəsi (Avtoyükləyici maşinist peşəsinə müraciət edənlər);

Qeyd 1: Qəbul bitdikdən sonra yuxarıda qeyd olunmuş qaydaların hər hansısa birinin pozulması aşkarlandıqda qaydanı pozan şəxs dərhal kursdan kənarlaşdırılacaq.

Qeyd 2: Qanunvericiliyə müvafiq olaraq qadın əməyinin tətbiqi qadağan olunduğu peşələr üzrə yalnız kişilər qəbul olunacaq.

Qeyd 3: Əvvəlki illərdə müsabiqədən uğurla keçmiş, amma üzrsüz səbəbdən imtina etmiş şəxslər müsabiqəyə buraxılmayacaq.

Qeyd 4: Orta ixtisas və ilk peşə-ixtisas təhsilli namizədlər attestat əvəzinə təhsili bitirməsi haqqında müvafiq sənəd təqdim etməlidirlər.

Qeyd 5: Tədris ilinin başlanmasına 10 iş günü qalmışa qədər müsabiqədən müvəffəqiyyətlə keçən namizədlər müvafiq təlim mərkəzində qeydiyyatdan keçmədikləri təqdirdə siyahıdan xaric olunacaq və onların yerinə növbəti yüksək nəticə göstərmiş namizəd(lər) şagirdlər siyahısına əlavə olunacaqdır.

II tura – müsahibə mərhələsinə gələn namizəd aşağıdakı sənədlərin əslini təqdim etməlidir:

  • Şəxsiyyət vəsiqəsi
  • Hərbi bilet (oğlanlar üçün)
  • Attestat/ Diplom
  • Sağlamlıq haqqında arayış (Forma 86)
  • Rentgen flüoroqrafiyası
  • Sürücülük vəsiqəsi (Avtoyükləyici maşinist peşəsinə müraciət edənlər)
  • Məcburi köçkün vəsiqəsi (Sumqayıt və Abşeronda məskunlaşmıs məcburi köçkünlər)

Şagirdlərin təhsil müddətində təminatları:

  • Aylıq təqaüd;
  • Xüsusi geyim (yay və qış geyimləri);
  • Gündəlik nahar.

Qeyd: Namizədlər təhsil aldıqları müddətdə yataqxana ilə təmin olunmurlar.

Müraciət qaydaları:

  • Müraciətlər yalnız elektron formada “Müraciət et” bölməsindən qəbul olunur.

QEYD: SOCAR-ın təlim mərkəzlərini bitirən şagirdlərin işlə təminatları ilə bağlı öhdəçiliyi yoxdur.

Müraciət üçün son tarix: 4 iyun 2018-ci il saat 17:00-dək

QEYDİYYAT