“AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALI – BUGÜN!

0
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının
Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi,
Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar
Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar
İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan
Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı
RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ açılış mərasimi 6 iyun
2018-ci il saat 10:00-da baş tutacaq.
Tədbirdə festival çərçivəsində keçirilmiş müsabiqənin
iştirakçıları arasından daha çox əsərlərində milliliyi təsvir etmiş
35 uşaq açıq havada sərbəst mövzuda plenerde özlərini bir daha
sınayacaqlar və mükafatlandırma olacaq.
I yer
II yer
III yer
Həvəsləndirici – 10 nəfər
Əlavə mükafatlandırma nominasiyaları:
1 Maraqlı ideya – Dövlət Rəsm Qalereyası
2 Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti
3 Mövzu seçimi – Rəssamlar İttifaqı
4 Rəng seçimi – Xətai Sənət Mərkəzi
5 Vətənpərvərlik mövzusu – Az Tv
Festivalın gündəliyi:
10 – Canlı şəkil çəkmək
11:30 – Furşet
12:00 – Muzeyə getmək
14:00 – Günorta yeməyi
16:00 –Musiqili Mükafatlandırma mərasimi və festivalın
bağlanışı
Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival
iştirakçıları əlavə diplomla təltif olunacaq.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin