Kontent menecer vəzifəsi üzrə Təcrübə Proqramı! – SON GÜN!

0
273

Meteor komandası yay mövsümü üçün kontent menecer vəzifəsi üzrə intern axtarışındadır. Bizə — qorxmayan, hadisələrə başqalarından fərqli baxa bilən, geniş düşünən kəslər lazımdır.

Sizdən nə gözləyirik?
— Saytlar və sosial media kanalları üçün kontentin toplanması və nəzarət olunması
— İdeyalar becərmək və daha yaxşı olmaq üçün çoxlu çalışmaq

Sizə nə təklif edirik?
— Peşəkar komanda ilə işləyib təcrübə toplamaq
— Adobe Photoshop proqramında işləmə
— Maraqlı və fərqli layihələrlə təcrübə

Tələblərimiz nədir?
— İngilis və Rus dilində rahat oxuyub başa düşmək, tərcümə etmək
— Yüksək savad, qrammatika biliyi, detallara fikir vermək
— Daha çox pozitiv əhval ruhiyyədə olmaq

10 həftə ərzində keçəcəyiniz internship peşəkar insanların əhatəsində, maraqlı brainstormlarla davam edəcək. Görəcəyiniz iş qarşılığında aylıq minimal məvacib də alacaqsınız.

Əgər tələb və təkliflər sizi qane etdisə — özünüz haqqında ətraflı məlumat yazaraq bizə göndərin. Müraciət üçün son tarix 6 iyun.

E-mail: [email protected]