“Verkmeister Harmoniyaları” filminin nümayişi – BUGÜN

0
199

“Yanoş poçtda işləyir, astronomiya ilə maraqlanır və musiqiçi əmisinə ev işlərində köməklik edir. Əmisi bu qənaətdədir ki, XVII əsrdə Andreas Verkmeister tərəfindən yaradılmış və bugünkü gündə də aktual olan musiqi harmoniyası doğru deyil. O zaman əgər musiqidə həqiqi harmoniya yoxdursa, o dünyada da, fərdi insanın və Macarıstanın əyalət şəhərinin həyatında da mövcud deyil.
Bu hadisələrin fonunda qəsəbəyə özləri ilə balina gətirmiş sirk qonaq gəlir. Ətrafda şayiə yayılır ki, bu sirk özü ilə qiyamı da gətirmişdir…”

Filmin rejissorları Bela Tarr və Aqneş Xranitskidir.
GİRİŞ SƏRBƏSTDİR
Bugün 18:00 – 20:30

Jafar Jabbarly 44, Caspian Plaza III, floor 3
Baku

Filmin müddəti bir az uzun olduğu üçün 5 dəqiqəlik çay fasiləsi nəzərdə tutulub 🙂