Ərzaq təhlükəsizliyi və düzgün qidalanma ilə əlaqəli layihə keçirilib

0
201
UTGDİB “Ərzaq təhlükəsizliyi və düzgün qidalanmaya dair
maarifləndirmə tədbirlərinin təşkili” layihəsini həyata keçirtdi.
Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ərzaq təhlükəsizliyi və düzgün
qidalanmaya dair maarifəndirmə tədbirlərinin təşkili” adlı layihəni Suraxanı
rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəb, Pərviz İsmayılov adına
278 nömrəli tam orta məktəb və Səməd Abdullayev adına 290 nömrəli
məktəbində həyata keçirtdi.
Layihənin əsas məqsədi məktəblilərdə qida təhlükəsizliyinin təbliğ edilməsi,
onların maarifənməsi, sağlam həyat tərzinin təbliği və təşviqidir.
Layihədə 600 nəfərə iştirak edib və təşkilatın sədr müavini, layihə rəhbəri
Bəxtimşah Tağıyeva onlara mövzuya uyğun məlumat verib. Layihə iştirakçılarına
ərzaq təhlükəsizliyi mövzusuna uyğun olaraq “GMOya yox” yazılı köynəklər və
papaqlar paylanılıb, layihə haqqında maarifəndirici bukletlər verilib.
Layihə çərçivəsində təmizlik aksiyası keçirildi. Layihənin sonunda iştirakçılara
təşəkkürnamələr verilib.