“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Fərhad Əliyevin fərdi sərgisi

0
357
Azərbaycan Respublikası Azərbaycan Dövlət Rəsm Qalereyası, Gəncə Regional
Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə 2018-ci il 8 iyun tarixində saat 12:00-da Xətai
Sənət Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti İli”
çərçivəsində Fərhad Əliyevin fərdi sərgisi keçiriləcəkdir.
Fərhad Əliyev 1954-cü il mayın 5-də Gəncə şəhərində
anadan olmuşdur. Rəssam 1971-ci ildə Əzim Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır.
Fərhad Əliyev 1997-2002-ci illərdə Uşaq Rəssamlıq
Məktəbində işləmişdir. Rəssamın 1995-ci və 2006-cı illərdə
Gəncə şəhərində iki fərdi sərgisi keçirilmişdir.
Fərhad Əliyevin özünəməxsus yaradıcıllıq yolu, qeyri-adi
üslubu, ustalığı, fərdi dəst-xətti ilə tanınan əsərləri hər
zaman böyük maraqla qarşılanır.
Sərgi iyun ayının 10-a qədər davam edəcəkdir.
Sərgiyə giriş sərbəstdir.
Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu,
Xocalı prospekti 62