Sağlam bədəndə sağlam ruh, yoxsa sağlam ruhun sağlam bədəni? – Seminar Bugün

0
223

Dostlar!

ABŞ məzunlari ilə iş çərçivəsində “Özümüzlə üz-üzə” fəlsəfi-psixoloji məsləhətləşmələr proqramının 6 iyun saat 17:00-da keçiriləcək “Sağlam bədəndə sağlam ruh, yoxsa sağlam ruhun sağlam bədəni?!” mövzusunda gənclərin fiziki, psixoloji ve mənəvi tərbiyəsi ilə bağlı maarifləndirici seminarına hər biriniz dəvətlisiniz!

Proqramın aparıcıları:

Könul Bünyadzadə – Fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü
Elmir Əkbər – psixoterapevt, psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutu və ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership Program) proqramının və Vyana Psixoanaliz İnstitutunun məzunu

Seminarın xüsusi qonağı isə Azərbaycan Tibb Universitetində (ATU) insan anatomiyası kafedrasının professoru, ATU-nun elmi konsultantı, əməkdar elm xadimi, tibb elmləri doktoru, anatom alim Rafiq Əsgərovdur.

Seminarda iştirak tamamilə ödənişsizdir və öncədən qeydiyyat tələb olunmur.

? R. Behbudov küç.,134, Azərbaycan Dillər Universiteti / Bakı Amerika Mərkəzi
☎ (012) 441 36 80 / 441 22 79 (124)
? [email protected]