DİM: Xaricdə təhsil alan tələbələr Dövlət Qulluğuna imtahansız qəbul edilir!

0
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində xaricdə təhsil alanların nəzərinə!
Dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya
müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci
maddəsinə əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində
xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna
qəbul edilə bilərlər.
Yuxarıda göstərilənlərə uyğun olaraq “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil
alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət
orqanlarına müraciət edə bilərlər.
Qeyd edilənlərə əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin
vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı bir
çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin