AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

0
240
AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və
cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak
edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal
tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in
internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da
müsahibədən keçməlidirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul
yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir.
Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və
müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli
4-cü sayında “Cədvəl 2”-də (səh. 5-7) verilmişdir.