DİM iyunun 10-da sonuncu sınaq imtahanı keçirəcək

0
190
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə
qəbul olmaq istəyən abituriyentlər üçün iyunun 10-da Respublikanın 12 şəhər və
rayonunda sınaq imtahanları keçirəcək.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,
Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 26
binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5282
abituriyent qeydiyyatdan keçib.
Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-
da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 38 imtahan rəhbəri, 363 nəzarətçi-müəllim
ayrılıb.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız
abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və “İmtahana buraxılış vərəqəsi” əsasında
həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət
vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən
abituriyentlər imtahana buraxılmır.