HR üzrə təcrübə proqramı

0

HR üzrə təcrübə keçmək istəyən şəxslərin nəzərinə!

Amerika şirkəti Cybernet Communication Inc-ın filialı olan “Avirtel” MMC 2000-ci ildə qabaqcıl İKT həlləri təqdim etmək məqsədilə təsis olunmuşdur. Avirtel Azərbaycanın telekommunikasiya bazarında lider şirkətlərdən biridir. Şirkətimiz uzunmüddətli fəaliyyəti müddətində peşəkar mütəxəssislərin yetişdirilməsi sahəsində uğurlu təcrübəyə malikdir.
Nəzərinizə çatdırırıq ki, hal-hazırda Avirtel-də 2018-ci il üçün nəzərdə tutulmuş “Təcrübə proqramı”na start verilmişdir. Təcrübəçilər proqram çərçivəsində 3 ay müddətində şirkətimizin HR departamentində çalışmalarını və seçdikləri ixtisas üzrə praktiki biliklər əldə etmələrini təklif edirik.
Proqramı uğurla bitirən namizədlər müddətin sonunda “Avirtel” Şirkəti tərəfindən Sertifikat və Tövsiyə məktubu ilə təltif olunacaqlar.

Maraqlanan namizədlər [email protected] mail ünvanınına HR departamenti qeyd etməklə “təcrübəçi” başlığı ilə CVlərini göndərə bilərlər