Miqrasiya Xidmətində – Təcrübə proqramı

0
537

Miqrasiya sahəsində beynəlxalq təşkilatda gənc mütəxəssis və tələbələrin təcrübə qazanmaq imkanı

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) tərəfdaşı olan Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (İCMPD) Praqa Prosesinin Miqrasiya Observatoriyası çərçivəsində miqrasiya sahəsində fəaliyyət göstərən gənc mütəxəssislər və tələbələr üçün 3 (üç) aylıq təcrübə proqramı üzrə müsabiqə elan edir.

Namizədlərdən rus və ingilis dillərini bilmələri tələb olunur.

Müsabiqəyə ərizələrin təqdim olunmasının son tarixi 18 iyun 2018-ci ildir.

https://migration.gov.az/press/news_content/12629