SABAH qruplarının “Təhsil Avtobusu-2018” Yay Məktəbində təcrübə keçmək imkanı

0
274

SABAH qruplarının tələbələrinin “Təhsil Avtobusu-2018” Yay Məktəbində təcrübə keçmək imkanı var!

Artıq 3 ildir ki, həyata keçirilən “Təhsil avtobusu” Yay Məktəbi bu il bölgələrdəki (Quba, Masallı, Şəmkir, Şəki, Qəbələ) şəhər və ucqar kəndlərdə yerləşən məktəblərin 7-8-9-cu sinif şagirdlərini əhatə edəcək. Yay Məktəbinin məqsədişagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır.

Siz də “Təhsil Avtobusu-2018” komandasının bir üzvü olmaq, bu təhsil marafonunda təcrübə qazanmaq və Azərbaycan üçün ÖYRƏTmək istəyirsinizsə, qeydiyyatdan keçə bilərsiniz.

Tələblər:
– SABAH qrupları müəllimlik ixtisasının 3 və ya 4-cü kursu bitirən tələbəsi olmalı;
– Təlimçilik sahəsinə marağı olmalı;
– Komanda ilə işləyə bilməli;
– İnsanlarla effektiv ünsiyyət qurmağı bacarmalı

Qeydiyyat: https://educationbus.typeform.com/to/jKslXo

Son müraciət tarixi: 29.06.2018

Yay Məktəbi çərçivəsində bu istiqamətlərdə dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək.
Məlumat üçün qeyd edək ki, “Azərbaycan üçün öyrət’’ Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.