“Təhsil Avtobusu” Yay Məktəbi layihəsinə start verildi

0
275

Təlimçilərin nəzərinə!
Bilik və bacarıqlarınızı bölgələrimizdəki şagirdlərlə bölüşün!

Artıq 3 ildirki, həyata keçirilən“Təhsil Avtobusu” Yay Məktəbi bu il bölgələrdəki (Quba, Masallı, Şəmkir, Şəki, Qəbələ) şəhər və ucqar kəndlərdə yerləşən məktəblərin 7-8-9-cu sinif şagirdlərini əhatə edəcək.
Yay Məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır.
Yay məktəbində tədris olunacaq mövzu və həyata keçiriləcək fəaliyyətlər namizəd tərəfindən təklif oluna bilər.
Təlim könüllü əsaslarla keçirilir.
Təlimçilərin regionlarda yaşayış və yemək xərcləri layihə tərəfindən qarşılanacaq.

Layihəyə qoşulmaq üçün qeydiyyatdan keçin: https://educationbus.typeform.com/to/uLBExY

Son müraciət tarixi: 01 iyul 2018-cı il tarixi