“Express Bank” da – Vakansiya

0
568

“Express Bank” Kiçik və Orta biznes kreditləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

– Ali iqtisadi təhsil; 
– Bank və ya BOKT-da Kiçik və Orta Biznes kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Analitik düşünmə və təhlil etmə bacarığı;

Vəzifə öhdəlikləri:

– Kiçik və Orta sahibkarları banka müştəri qismində cəlb etmək;
– Müştərilərdən kredit ərizələrini qəbul etmək, sahibkarlıq fəaliyyətinin ətraflı təhlilini aparmaq və işi KK – nin müzakirəsinə təqdim etmək;
– Təsdiqlənmiş kreditlərin rəsmiləşdirilməsini və sonrakı təqibini həyata keçirmək;
– Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelini qurmaq və idarə etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

Əsas üstünlüklər:

– Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri;
– Karyera artımında şəffaflıq.

E – mail : [email protected]