İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

0
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)
Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak
etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət
yetirməli?” adlı kitabçalar nəşr etmişdir.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas
qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan
ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı,
dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar
təqdim olunmuşdur.
Nəzərinizə çatdırırıq ki, II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak
etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar iyulun 26-da keçiriləcək
qəbul imtahanlarının nəticələri elan edildikdən sonra çap ediləcəkdir.
Kitabçaları aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən,
həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş
etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
İxtisas seçimi edəcək abituriyentlər müvafiq ixtisas qrupları üzrə 2017-ci
ildə mövcud olmuş vəziyyətlə aşağıdakı keçirdlərdən tanış ola bilərlər. İxtisas
seçimi etməmişdən əvvəl plan yerləri və statistik göstəriciləri müqayisə etməyi
tövsiyə edirik.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin