“Fandreyzinq proseslərin hüquqi tərəfləri”

0

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.2018-ci ilin aprel ayında yaradılan bu platforma sosial sahibkarlıq və ona uyğun mövzulara aid artıq 500-dən çox müraciət alaraq və 140 nəfərdən çox iştirakçı qəbul edərək tədbirlərini həyata keçirtmişdir.

Sizin sosial biznes ideyanız var və sosial biznes qurmaq istəyirsiz? Layihəniz üçün onlayn və digər yollarla maliyyə resursları toplamaq istəyirsiniz və bunun hüquqi tərəfləri haqqında məlumat almaq istəyirsiniz?

Tarix : 11 avqust, 11.00
Mövzu: “Fandreyzinq proseslərin hüquqi tərəfləri”
Məkan: Baku İdea Lab(Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarı küç.44, Nizami metrosunun yaxınlığı)
Müddət: 3 saat ( çay fasiləsi ilə birgə)
Dil: Azərbaycan dili
___________________________

Spiker: Əlibaba Əliyev

Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasını bitirib. Artıq 5-ci ildir ki, işlə paralel olaraq bir sıra akademik və insan haqlarına bağlı mövzularda təlimçilik fəaliyyəti ilə məşğul olur. O, iki il ərzində vətəndaşlara və hüquqi şəxslərə hüquq xidmətləri göstərib. 2016-ci ildən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində işləyir. Hal-hazırda həmin müəssisədə aparıcı hüquqşünas vəzifəsində çalışır.

_________

İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki : https://goo.gl/forms/2L3DrhuSrbjbvpwq1
Qeydiyyat üçün son tarix : 10 avqust, 18.30

Əlaqə:

055 887 74 38
050 726 39 03
[email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin