İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu

0

Yeni təhsil ilinin başlaması münasibətilə və Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına dəstək olaraq ölkəmizdə ilk dəfə İbtidai Sinif Müəllimlərinin 1-ci Təhsil Forumu keçiriləcəkdir. Forum “Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Nəsimi rayon İcra hakimiyyəti, Müasir İnnovasiyalar Liseyi və #PROAKTİV şirkətinin təşkilatçılığı ilə baş tutacaq.

Forum 8 sentyabr 2018-ci il tarixində ibtidai sinif və məktəbəqədər hazırlıq müəllimlərinin, həmçinin təhsil sahəsində öz sözünü demiş aparıcı təhsil işçiləri, professor və ekspertlərin iştirakı ilə həyata keçiriləcək. Yaxın günlərdə spikerlərin adları və mövzularla bağlı mətbuat açıqlaması ediləcəkdir.

Akademik dəstəkçilər:

✅ Odlar Yurdu universiteti,
✅ British School in Baku”, Böyük Britaniya,
✅ İstanbul Aydın Universiteti, Türkiyə, İstanbul,
✅ Montro Biznes Məktəbi, İsveçrə, Montro,
✅ Okulistik Təhsil şirkəti, Türkiyə, İstanbul

Tərəfdaşlar:

?AZERCELL Telekom
?ABC Tədris və İnkişaf Mərkəzi
? Müəllim Hazırlıq Mərkəzi (MHM),
? Maxofset mətbəəsi,
? Ofisait mağazalar şəbəkəsi,
? EduGrata təhsil mərkəzi

Media tərəfdaşları:

?TurkAz Magazine beynəlxalq jurnalı,
?eduonline.az,
?edumap.az
?fins.az

Qeydiyyat linki: www.cinaryayimlari.com

? (+99455) 224 56 26
www.facebook.com/cinaryayimlari
www.instagram.com/cinar_yayimlari

Qeyd: Forumda iştirak ödənişsizdir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin