1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi

0

1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi
20-22 sentyabr, 2018

Bakı, Azərbaycan

Sərginin ideyası:

Hədiyyə bağışlamaq çox əsrlərlə davam edən qədim bir ənənədir. Öz qədim tarixinə  baxmayaraq, bu ənənə bütün dövlətlərdə indiyədək yaşayır və yəqin ki, heç vaxt unudulmayacaq. Müasir dünyada hədiyyə seçiminə marketoloqlar bir çox işlər həsr edib.  Onlar baxışları cəlb edən yeni əşyalar, onları bağışlamaq üsulları, yeni üzlüklərin kəşfi üzərində gecə-gündüz çalışırlar. Hazırkı çeşid imkanlarının bol olduğu dövrdə, insanlar xoş təəssürat yaratmaq, təəccübləndirmək və eyni zamanda hədiyyə qəbul edəni sevindirmək üçün təqdim etdikləri hədiyyə üzərində daha çox seçim etməyə üstünlük verirlər. Digər tərəfdən insanların vaxt məhdudiyyəti seçim məsələsini çətinləşdirir. Əlbəttə ki, onlayn satış dövrü bu məsələni asanlaşdırır, lakin hədiyyə bağışlayan adətən, təqdim etdiyi hədiyyəni gözüylə görməyi, ona toxunmağı və hər bir tərəfdən dəyərləndirməyi istəyir. Axı, hədiyyə bağışlamaq qabiliyyəti bacarıq tələb edən bütöv bir incəsənətdir.
1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi geniş seçimli biznes, VİP səviyyəli hədiyyələri, eyni zamanda əzizlərinizə  və dostlarınıza nəzərdə tutulan hədiyyələri nümayiş edərək, özünəməxsus hədiyyə industriyasını özündə əks etdirəcək.
3 gün ərzində sərgi, korporativ və özəl sektorlar üçün hədiyyə seçimi edən auditoriyanı bir araya gətirəcək. Onların arasında:

  • Dövlət və özəl qurumlar:

– iri şirkətlərin, ticarət mərkəzlərinin, univermaqların  və ixtisaslaşdırılmış pərakəndə mağazaların rəhbər və nümayəndələri
– marketinq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbər və nümayəndələri
– satınalma şöbəsinin rəhbərləri
– ofis menecerləri

  • distributorlar və dillerlər
  • topdansatış şirkətləri
  • reklam agentlikləri
  • tədbir təşkilatçıları
  • interyer dizayn və dekor şirkətləri
  • floristik və dizayn studiyalarının mütəxəssisləri
Tədbirin iş saatları  ↑ 

 

20 sentyabr, Cümə axşamı 11:00 – 18:00
21 sentyabr, Cümə 10:00 – 18:00
22 sentyabr, Şənbə 10:00 – 16:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Keçirildiyi yer  ↑ 

Boulevard Hotel Baku
Ünvan: АZ1010, Azərbaycan, Bakı, Xəqani Rüstəmov Küçəsi, 4C

 

 

Ziyarət qaydaları  ↑ 

Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

20-21 sentyabr tarixində sərgiyə giriş yalnız sənaye mütəxəssisləri və əlaqədar sahələrdə çalışan şəxslər üçün açıq olacaq.
Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 16-dan aşağı olan uşaqlar (valideynlərin müşayiəti ilə) sərgini yalnız 22 sentyabr tarixində ziyarət edə bilərlər.

Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları “FAST TRACK”masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Tədbirin bütün iş günlərində tədbiri pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin 

Sərgi kompleksinin ərazisində servis xidmətləri  ↑ 
  • Tibb məntəqəsi
  • Restoran
  • Qəhvə evi
  • Bankomat
  • Sərgi təşkilatçılarının stendi
  • Enerji yükləmə stansiyası
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi

 

 


Sizi tədbirdə gözləyirik!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin