“Azərbaycanda Korporativ Sosial Məsuliyyət” – Seminar

0

Son dövrlərdə kəskin rəqabət səbəbindən Korporativ Sosial Məsuliyyətin (KSM) əhəmiyyəti xeyli dərəcədə artıb. Bu baxımdan KSM-in şirkətlərin menecment reputasiyasına, yüksək brend dəyərinə və sadiq müştəri yarada bilmək üçün tətbiq etdiyi siyasət halına gəlməsi təsadüfi deyil. KSM-lərin Azərbaycan cəmiyyətindəki yeri, gördüyü fəaliyyətlə yaxından tanış olmaq üçün EduHUB və SBYC tərəfindən keçirilən növbəti tədbirə respublikanın ən qabaqcıl və innovativ banklarından olan AccessBankın nümayəndəsini dəvət etmişik.

Tarix : 8 Sentyabr 2018, saat 12.00
Mövzu: “Azərbaycanda Korporativ Sosial Məsuliyyət siyasəti üçün aktual olan sahələr və sosial məsələlər”
Məkan: Baku İdea Lab (Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarı küç.44, Nizami metrosunun yaxınlığı)
Müddət: 1.5 saat
Dil: Azərbaycan dili
___________________________
Spiker: Marta Rzayeva
– Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin bakalavr və magistr məzunu
– Hal-hazırda “AccessBank”ın Marketing departamentinin baş mütəxəssisi, daha öncə Satış və Biznes İnkişafı departamentin baş mütəxəssisi kimi fəaliyyət göstərib.
_________
Tədbirdə müzakirə olunacaq:
 Dünyada KSM üzrə son trendlər
 Azərbaycanda KSM siyasəti sahəsindəki vəziyyət
 AccessBank-ın KSM fəaliyyəti üzrə təcrübəsi və son sosial layihələri

Tədbir interaktiv şəkildə aparılacaq. İştirak ödənişsizdir.
Yerlər məhduddur.
Qeydiyyat linki: https://goo.gl/forms/12390dmc4ZShHmUn2

Qeydiyyat üçün son tarix : 7 Sentyabr 2018, 18.00

Əlaqə:
+994 77 455 47 46
+994 50 726 39 03
[email protected]
[email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin