Şəxsi İnkişaf və Fərdi Səmərəlilik – Təlim

0

Özünü idarəetmə və fərdi səmərəliliyin artırılmasına haqqında heç düşünmüsən?

Uğur əldə edə bilmək üçün bunlar ən vacib nüanslardan biridir.

Hesab.az-ın dəstəyi ilə keçiriləcək təlim zamanı iştirakçılar güclü və zəif cəhətlərini təhlil edərək onlara ən uyğun iş üslubunu müəyyən edəcəklər. Həmçinin, prioritetlərin müəyyən olunması və vaxtın idarə olunmasında rastlaşdıqları çətinlikləri təhlil edəcəklər və hədəflərinə çatmaq üçün zəruri vərdişlərin yaradılması yollarını öyrənəcəklər. Təlimdə iştirakçılar sürətlə dəyişən iş mühitinin tələbləri ilə şəxsi həyatın zərurətlərini tarazlaşdırmağı və stresin idarə edilməsi yollarını öyrənəcəklər.

Təlimin spikeri Şəms Mustafayevadır.
Şəms xanım, hal-hazırda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisində Əlaqələndirmə üzrə Müşavir vəzifəsində çalışır. Şəms həyatının son 20 ilini üç əsas məqsədə xidmət etməyə həsr edib; regionda liderlik bacarıqlarının artırılması, Azərbaycanda ali təhsilin idarəedilməsinin təkmiləşdirilməsi, yerli və global məkanda qızların və qadınların iştirakçılığının artırılması. Şəms xanım, 2017 ci ildə Hindistanda keçirilən, Qadınların İqtisadi Forumunda “Hamımız üçün daha yaxşı dünya yaradan ikonik qadın” ali mükafatına layiq görülüb.

Həmçinin tədbirdə yenilənmiş Hesabaz-ın qısa təqdimatı keçiriləcək və təlimin sonunda sizə Hesabaz və Wowoman tərəfindən sertifikat təqdim olunacaq.

?İştirak ödənişsizdir.

?Qeydiyyat linki : clc.to/n1Evew

?Tarix: 6 Sentyabr

⏰Başlama saatı: 19:00

?Ünvan: Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi

?Əlavə suallar üçün Gültən Əsgərli ilə +994707082268 əlaqə saxlaya bilərsiniz.