Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

0
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan
yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət
hesabına və ödənişli əsaslarla olan 12-yə qədər seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.
Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim
olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyentlər
müsabiqəyə buraxılmayacaqlar.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin