Mətanət A” şirkəti vakansiya elan edir

0

İşin təsviri:

  •   Xarici və daxili bazardan (xaricdə olan şirkət və müəssisələrdən) satınalınan materiallara, məhsullara dair tələblərin müəyyən edilməsi;
  •   Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarını tapmaq;
  •   İstehsalçı şirkətlərdən qiymətlərin alınması, maya dəyərinin hesablanılması;
  •   Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
  •   Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti: 

  •   İş saatı: 09-00-dan 18-00-dək;
  •   İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı: 

  •   Razılaşma yolu ilə:

Tələblər:

  •   Təhsil: Ali (bakalavr);
  •   Yaş həddi: 25-35;
  •   Kompüter biliyi: MS Office  (Word, Excel);
  •   Dillər: Azərbaycan dili, ingilis dili və rus dilini bilməsi mütləqdir;
  •   2 il iş təcrübəsi.

Şəxsi keyfiyyətləri:

  •   Satınalma və təchizat sahəsində təcrübə (Texniki biliyi olan, tikinti malları, alətlər, və hissələrin,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olan,  beynəlxalq ticarəti bilənlərə üstünlük verilir);
  •   Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları Qiymətlərin formalaşdırılması metodları və strategiyasını bilməli;
  •   Satınalma sənədlərini hazırlama qabiliyyəti;
  •   Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  •   Gömrüklə işləmə təcrübəsi;
  •   Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
  •   Xarici ezamiyyətlərə getmə imkanı;
  •   Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;

Qeyd: 

     – İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;

– Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə           götürülmürlər;

– CV-ləri [email protected] ünvanına göndərin

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin