“İDEYADAN BİZNESE” (“I2B”) NÖVBƏTİ STARTAP TURU KEÇİRİLƏCƏK

0

21 sentyabr2018-ci il tarixində Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində “İdeyadan Biznesə” (“I2B”) növbəti startap turu keçiriləcək.

Startap Turda mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə
təlimlər keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional
İnkişaf” İctimai Birliyinin, Azərbaycan Gənclər Fondunun dəstəyi, Yüksək Texnologiyalar Parkının,
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, BMT-nin İnkişaf Proqramının,
“Microsoft” şirkətinin təşkilatçı, “Azercell” şirkətinin tərəfdaşı olduğu startap turunda iştirak etmək
üçün “http://www.i2b.az” saytında qeydiyyatdan keçin.