“Veysəloğlu Şirkətlər Qrupu” Müştəri əməliyyatları üzrə mütəxəssis vəzifəsinə işçi axtarır
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 22-35
İşin Təsviri:
Müştərilərlə bağlanmış müqavilələrə nəzarət, müştəriləri aidiyyatı proqramlarda aktivləşdirmək və müştəri bazasını yaratmaq.
Vəzifə öhdəlikləri:
– Mövcud kampaniyaların hesablanması, satış endirimlərinin sistemə işlənilməsi;
– Müqavilə bağlanan hüquqi və ya fiziki şəxslərin məlumatlarının dövlət sturkturlarında yoxlanılması və müştərilərə qeydiyyat kartlarının açılması;
– Kassa mədaxil orderlərinin sistemə daxil edilməsi;
– Hesabatların hazırlanması.
Tələblər:
– Məntiqi və analitik düşünmə qabiliyyəti;
– MS Office proqramları biliyi (xüsusilə MS Excel biliyi);
– Komandada işləmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Müştəri əməliyyatları üzrə mütəxəssis” yazıb CV göndərməklə müraciət edilir.