“Biz sadəcə güzgüyük” layihəsinin Bakıda keçirilən mərhələsi başa çatıb

0

Sabunçu Gənclər Evində keçirilən təlimə 8 və 9-cu sinif şagidləri cəlb olunub. Education HUB-un təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.

29-30 sentyabr tarixlərində proqram çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib. NAYORA-nın təşkilatı dəstəyi ilə keçirilən təlimin ilk günü stereotiplər, zərərli vərdişlər, seçim azadlığı mövzularında seminar olub. İkinci gün 26 şagirdin təqdimatında Forum Teatr keçirilib.

Layihənin ikinci mərhələsinin 13-14 oktyabr tarixlərində Neftçala rayonunda həyata keçirilməsi planlaşdırılır.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin