DİM-də akademik ingilis dili və müxtəlif sahələr üzrə imtahanların keçiriləcəyi mərkəz fəaliyyətə başlayıb

0
DİM-də akademik ingilis dili (PTE Academic) və müxtəlif sahələr üzrə “Pearson
Vue” test provayderi tərəfindən təqdim edilən imtahanların keçiriləcəyi mərkəz
fəaliyyətə başlayıb.
Artıq “PTE Academic” ingilis dili, eləcə də müxtəlif sahələr üzrə beynəlxalq
sertifikatlar təqdim edən imtahanları Dövlət İmtahan Mərkəzində verə bilərsiniz.
Dövlət İmtahan Mərkəzi “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test
mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən “PTE Academic”, həmçinin müxtəlif
sahələrə aid (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb və s.) 100-ə yaxın imtahanı
keçirmək hüququnu əldə edib.
Qeyd edək ki, “Pearson VUE” təhlükəsiz şəraitdə onlayn imtahanlar keçirən və
test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider hesab olunur. “Pearson VUE”
hər il 14 milyondan çox insanın imtahan verdiyi, Microsoft, CFA, CİMA, HP, Cisco, və s.
şirkətlərin tərəfdaşı olduğu test mərkəzidir.
Dövlət İmtahan Mərkəzində verə biləcəyiniz imtahanların siyahısı
ilə buradan tanış ola bilərsiniz.
İmtahanlarda iştirak etmək üçün pearsonvue.com saytında hesab açmaq
lazımdır. Daha sonra imtahan verəcəyiniz proqramı seçib şəxsi hesabınıza daxil
olursunuz və qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçərkən imtahan verəcəyiniz test
mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test
mərkəzini seçdikdən sonra DİM-də mümkün olan imtahan günləri və s. məlumatları əldə
edə bilərsiniz.
Dövlət İmtahan Mərkəzində “PTE Academic” ingilis dili imtahanları həftənin I,III,V
günləri saat 10:00–13:00-da, müxtəlif sahələr (İT, Maliyyə, Mühasibat, Menecment, Tibb
və s.) üzrə keçirilən digər imtahanlar isə həftənin I və V günləri 10:00–13:00-da, III günü
isə 14:00–17:00-da keçirilir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin