UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub

0

Mektebgushesi.az təhsil portalının Azərbaycanın ali təhsil müəssisələri arasında “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” mövzusu üzrə keçirdiyi sorğunun nəticələri açıqlanıb. Abituriyentlərin universitet seçimi dönəmində təşkil olunan sorğuda, əsasən valideyn və abituriyentlər iştirak edib. Ölkənin 43 ali təhsil müəssisəsinin təmsil olunduğu  sorğunun nəticələri 27.431 respondentin səsverməsinə uyğun müəyyənləşib. “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyası üzrə keçirilən sorğuda UNEC 8311 səslə birinci olub.

Diplomun təqdimolunma mərasimində mektebgushesi.az təhsil portalının təsisçisi və baş redaktoru Məzahir  Məmmədli, təhsil üzrə ekspertlər professor Şahlar Əsgərov və Nadir İsrafilov iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə təhsil ekspertləri universitetdə son illər həyata keçirilən yeniliklərdən bəhs ediblər. UNEC-in qısa zamanda ölkənin ən innovativ ali təhsil müəssisəsinə çevrildiyindən söz açan qonaqlar, bu nailiyyətlərin sorğunun nəticəsində də özünü göstərdiyini xüsusi vurğulayaraq, son 4 ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanların universitet seçimində UNEC-ə üstünlük verməsini yüksək qiymətləndiriblər. Görüşdə M.Məmmədli sorğunun keçirilməsinin əsas məqsədinı açıqlayaraq, səsvermənin monitorinqi, ekspert rəyləri və nəticələr barədə ətraflı məlumat verib.

“Hədəfimiz UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır” deyə bildirən Ə.Muradov bu istiqamətdə atılan addımların davam edəcəyini və qısa zamanda qarşıya qoyulan məqsədə nail olunacağına əminliyini ifadə edib. Rektor təhsilin inkişafına yönəlik sorğuların təşkilinə görə təhsil portalının rəhbərinə və təhsil ekspertlərinə təşəkkürüni bildirib.

Sonra UNEC-in rektoruna “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyalı sorğunun diplomu təqdim olunub.

____________________________________________

UNEC стал победителем номинации «Какой университет вы выбрали бы для получения образования»

Образовательный портал Mektebgushesi.az среди высших учебных заведений Азербайджана провел опрос по теме «Какой университет вы выбрали бы для получения образования». В опросе, организованном в выборе студентами университета, в основном участвовали родители и абитуриенты. Результаты, представленные 43 высшими учебными заведениями страны, определены соответственно голосованию 27.431 респодента. В опросе, проведенном по номинации «Какой университет вы выбрали бы для получения образования», UNEC стал первым по числу голосов, которое составило 8311.

На церемонии представления диплома приняли участие учредитель и главный редактор образовательного портала mektebgushesi.az Мазахир Мамедли, эксперты образования Шахлар Аскеров и Надир Исрафилов.

На встрече с ректором UNEC, профессором Адалатом Мурадовым эксперты образования говорили о новшествах, осуществляемых в университете в последние годы. Затронув вопрос о превращении UNEC за короткое время в самое инновационное высшее учебное заведение страны, гости особо отметили, что эти достижения нашли отражение в опросе, высоко оценили то, что за последние 4 года набравшие наивысшие баллы по II группе специальностей, в выборе университета отдали предпочтение  UNEC. Раскрыв основную цель проведения опроса, М.Мамедли дал подробную информацию о мониторинге голосования, отзыве экпертов и его результатах.

Подчеркнув, что «Нашей целью является вывести UNEC в ряды университетов мирового уровня», А.Мурадов отметил, что работа, в этом направлении все еще продолжается и выразил уверенность в достижении поставленных целей за короткое время.  Ректор поблагодарил руководство портала и экспертов образования за опрос, проведенный в направлении развития образования.

Затем ректору UNEC был вручен диплом номинационного опроса «Какой университет вы выбрали бы для получения образования».

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin