“Sağlam ol” layihəsi

0

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin fiziki inkişafına dəstək olmaq məqsədilə “Sağlam ol” layihəsini təqdim edir. Layihə çərçivəsində iştirakçılar sağlamlıq və idmanla bağlı nəzəri təlimlərdə iştirak edəcək və “Cross & Gym” zalında peşəkar idman alətlərindən və müəllimlərin xidmətindən ödənişsiz olaraq yararlanacaqlar. Seçim prosesi elektron müraciət və müsahibə əsasında aparılacaq.

İştirakçılara olan tələblər:
-Sosial aktivliyi olmalı
-Təlimlərdə və idman fəaliyyətlərində iştirak üçün motivasiyaya sahib və fiziki göstəriciləri uyğun olmalı
-“Yeni Yol” İctimai Birliyinin fəaliyyətində iştirak etməyə maraqlı olmalı

“Cross&Gym”-in təqdim etdiyi idman proqramı ilə əlaqədar olaraq, layihədə yalnız bəy namizədlər iştirak edə bilər.

Qeydiyyat forması:https://goo.gl/forms/JxLUueHGswjQABtE2
Qeydiyyat üçün son tarix: 30.10.2018

Ünvan: Tbilisi prospekti 35, ASK Plaza, 4-cü mərtəbə
Telefon: 0506695802
Elektron poçt: [email protected]

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin