Turizm şirkətində Maaşlı Təcrübə Proqramı!

0
1051

“LETS GO” şirkətində təcrübə keçmək şansı – Maaşlı

Azərbaycanda fəaliyyətə başlamış olan “Lets GO” şirkəti yeni yaratdığı onlayn bronlama sistemi vasitəsilə turizm sənayəsində mövcüd olan bütün tərəfdaşlar, xüsusilə otelturizm şirkətləri üçün gözəl imkanlar təklif edir. Böyük marağa səbəb olan yeni platforma – lets-go.travel imkanlarını daha da genişləndirərək Azərbaycanda turizm sahəsində ciddi addımlar atmağı planlayır. Bu səbəbdən “Lets GO” şirkəti 3-6 ay ərzində  yuxarı kurs tələbə və magistrantlar üçün ödənişli Təcrübə Proqramını açıq elan edir.

Təcrübə proqramına qoşulmaq üçün aşağıda qeyd olunan tələbləri nəzərə alaraq tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər “Lets GO” şirkətinə CV-lərini göndərərək müraciət edə bilərlər:

Tələblər:

  • Məntiqi və analitik düşünmə qabiliyyəti və araşdırma aparmaq bacarığı
  • Azərbaycan, rus, ingilis dillərində sərbəst oxuma, danışma və başa düşmə qabiliyyəti
  • MS Office və digər texniki proqramlar biliklərinə malik olma
  • Yüksək səviyyədə yazılı, şifahi ünsiyyət qurma və təqdimat hazırlama bacarıqları
  • Marketinq və satış, onlayn turizm, ofis daxili administrasiya, nəqliyyat xidmətinin təşkili sahələrinə maraq

Proqram sizlərə nə vəd edir?

  • Proqramda iştirak sizə yeni və unikal layihədə təcrübə qazanmaq imkanı verəcək.
  • Ofisdə təcrübəli əməkdaşlarla birgə çalışaraq rəhbəriniz tərəfindən sizin inkişafınıza nəzarət və peşəkar kimi formalaşmağınıza dəstək olacaq.
  • Təcrübə müddətində müvəffəqiyyət qazanacağınız, fərqlənməyi bacaracağınız təqdirdə şirkət daxilində işlə təmin olunmaq şansı qazacaqsınız
  • Təcrübə proqramını uğurla başa vuran gənclərin hər birinə şirkət tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir.

Qeyd:

Təcrübə proqramının iştirakçıları ödənişlə təmin olunacaqlar və həftədə 6 dəfə olmaqla iş gününün yarısını işləyəcəklər (saat 09:00-12:30 və ya 14:30-18:00)

Proqrama qoşulmaq istəyən namizədlər 31 oktyabr 2018-ci il tarixinə kimi [email protected] elektron poçtuna CV, 3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə etməklə göndərmələri xahiş olunur. Namizədlərin hansı sahədə təcrübə keçmək istədikləri “Subject” bölməsində qeyd olunmalıdır.