“Artxronika” maarifçilik layihəsi: Tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından biri Leonid Bajanov!

0

Hörmətli sənətsevərlər!
1 noyabr 2018-ci il tarixində, “Artxronika” maarifçilik layihəsinin növbəti tədbiri keçiriləcək. Tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından biri Leonid Bajanovdur. Rusiyalı ekspert, 60-80-ci illərin rus anderqraund mədəniyyətinin formalaşmasından, yeni cərəyanlardan, sosial realizmdən uzaqlaşma haqqında bəhs edəcək. 60-80-ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti, milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəsti-xəttinin olmasıdır.

Leonid Bajanov
Rəssamlıq sənətini Boris Birqerin studiyasında öyrənib. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq bölməsini bitirib. Çoxsaylı məqalələrin müəllifi, Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin, həmçinin Venesiya, San-Paulu, İstanbul, Qahirə, Nyu-Dehlidə beynəlxalq biennale və triennale tədbirlərində Rusiya layihələrinin kuratoru olub. Qısametrajlı filmlərin rejissoru və müəllifidir. “Ermitaj” bədii cəmiyyəti (Moskva, 1986), Müasir İncəsənət Mərkəzi (Moskva, 1990), Dövlət Müasir İncəsənət Mərkəzi (Rusiya, 1992), “Novoye iskusstvo” xeyriyyəçilik fondunun (Moskva, 2002) təsisçisi və rəhbəridir. 2017-ci ildən etibarən “Müasir incəsənət” proqramının akademik rəhbəri, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (Moskva) professorudur.

Tədbir rus dilində keçiriləcək

1 noyabr / 19:00
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir

Ünvan: Bayıl, YARAT mərkəzinin yaxınlığı
Əlaqə nömrəsi : +99412 505 7718; +99450 251 41 15

________
Мы рады сообщить, что 1-го ноября в рамках просветительского проекта “Артхроника”, пройдет очередная встреча с одним из ведущих искусствоведов России – Леонидом Бажановым. Российский эксперт расскажет о формировании российской андеграунд культуры 60-80-х годов, о новых влияниях, об уходе от соцреализма. Еще одна особенность советского искусства 60–80-х годов – расцвет национальных живописных школ, каждая из которых имеет свою самобытную основу.

Леонид Бажанов
Учился живописи в студии Бориса Биргера. В 1973 году закончил искусствоведческое отделение исторического факультета Московского государственного университета им. М.В.Ломоносова. Автор многочисленных статей, куратор множества художественных выставок в России и за рубежом, а также российских проектов на международных биеннале и триеннале в Венеции, Сан-Паулу, Стамбуле, Каире, Нью-Дели. Автор и режиссер короткометражных фильмов. Основатель и руководитель художественного объединения “Эрмитаж” (Москва, 1986), Центра современного искусства (Москва, 1990), Государственного центра современного искусства (Россия, 1992), благотворительного фонда «Новое искусство» (Москва, 2002). С 2017 года академический руководитель программы «Современное искусство», профессор Национального исследовательского университета Высшая школа экономики (Москва).

Мероприятие пройдет на русском языке

1-го ноября / в 19:00
Музей Живописи Азербайджана XX-XXI веков
Вход свободный

Адрес: Баилово, рядом c Центром YARAT
Контактный телефон : +99412 505 7718; +99450 251 41 15

________
We are pleased to announce that next meeting within the framework of the Artchronicle educational project, with one of the leading Russian art historians – Leonid Bazhanov will be held on November 1. The Russian expert will talk about the formation of the Russian underground culture of the 60s-80s, new influences and moving away from social realism. Another feature that distinguishes Soviet art of the 60s and 80s is the flourishing of national painting schools, each of which has its own distinctive foundation.

Leonid Bazhanov
Studied painting in the studio of Boris Birger. He graduated from Lomonosov Moscow State University in 1973, with a degree in history of art. Bazhanov is the author of numerous articles, curator of many art exhibitions in Russia and abroad. He also curated Russian national projects at international biennials and triennials in Venice, Sao Paulo, Istanbul, Cairo and New Delhi.
Bazhanov is an author and director of short films. Founder and creative director of creative association “The Hermitage” (Moscow, 1986), Centre of contemporary art (Moscow, 1990), National centre for contemporary art (Russia, 1992), “New art” charity foundation (Moscow, 2002). Since 2017, Leonid Bazhanov is the academic director of “Contemporary Art” program and professor of the National Research University Higher School of Economics in Moscow.

The event will be held in Russian

November 1 / 7 pm
Museum of Azerbaijani Painting of the XX-XXI Centuries
Free admission

Address: Bayil District, near YARAT Centre
Contact number: +99412 505 7718; +99450 251 4115

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin