“Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar keçirilir

0
DİM tərəfindən “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara
dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfranslar
keçirilir.
Bakı və regionlarda təşkil ediləcək konfranslarda dövlətin və ictimaiyyətin
imtahanların idarə olunmasında iştirakı haqqında məlumat veriləcək, DİM-in
fəaliyyəti ilə əyani tanışlıq olacaq
Dövlət İmtahan Mərkəzi tərəfindən noyabr ayı ərzində Gəncə, Şəki,
Lənkəran, Naxçıvan və Bakı şəhərlərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti:
İmtahanlara dövlət nəzarəti və ictimai nəzarətin
vəhdəti” mövzusunda
konfranslar keçiriləcək.
Konfransların keçirilməsində əsas məqsəd DİM-in fəaliyyəti ilə tanışlıq və
Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər
kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı
haqqında məlumat verməkdir.
Konfranslarda 2019-cu ildə imtahanların keçirilmə texnologiyasında nəzərdə
tutulan yeniliklər, imtahan modeli və yeni məzmunlu tapşırıqlarla bağlı
ictimaiyyətin məlumatlandırılması, ictimai əhəmiyyətli fəaliyyət olan imtahanların
təşkili, keçirilməsi, nəticələrin emalı, həmçinin imtahanlara cəlb edilən məsul
şəxslərin, əlaqəli təşkilatların bu proseslərdə iştirakı, dövlət qulluğuna qəbul və
digər məsələlər haqqında geniş məlumat veriləcək.
Konfransların yekununda ötən il ərzində fərqlənən imtahan rəhbərləri və
nəzarətçilərin təltif olunma mərasimi də keçiriləcəkdir.
Konfranslar Gəncədə noyabrın 3-də, Şəkidə noyabrın 5-də, Lənkəranda
noyabrın 8-də, Naxçıvanda noyabrın 13-də, Bakı şəhərində isə noyabrın 17-də
keçiriləcəkdir.
Konfranslara Bakı və regionlar daxil olmaqla 1000 nəfərə yaxın iştirakçının
qatılacağı gözlənilir.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin