Məleykə Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul edəcək

0
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə Xızı rayonunda vətəndaşları qəbul edəcək
Xızı rayonunda keçiriləcək qəbulda Sumqayıt, Abşeron, Xızı, Siyəzən
şəhər-rayon sakinləri və bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan, Şuşadan
olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul noyabrın 16-da, saat 11.00-da Xızı rayonu H.Əliyev Mərkəzində
(ünvan: H.Əliyev prospekti) keçiriləcəkdir. Qəbula gəlmək istəyən vətəndaşların
Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət
doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Xaçmaz Regional Bölməsinə müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün yuxarıda göstərilən
rayonların Təhsil şöbələrində 7-15 noyabr 2018-ci il tarixlərində (şənbə, bazar və
qeyri-iş günləri istisna olmaqla) saat 10.00-dan – 17.00-dək qeydiyyat aparılacaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin