Turizmdə “AA Klass” Seminarı

0

“Hotels Academy”-də Turizmdə “AA Klass” seminarına qeydiyyat başladı.

SÖHBƏT NƏDƏN GEDİR ?

Turizmdə “AA Klass” seminarı “Hotels Academy” tərəfindən hər ay silsilə olaraq həyata keçirilir. Seminarın əsas məqsədi Turizm və Otelçilik ixtisasında oxuyan tələbələrə, hospitality sahəsində fəaliyyət göstərən şəxslərə, bu sahədə işinin A Klass səviyyədə peşəkarları tərəfindən müxtəlif mövzularda biliklər verməkdir.

TURİZMDƏ “AA KLASS” İŞTİRAKÇILARINA NƏ VERƏCƏK ?

İştirakçılar Turizmdə “AA Klass “ seminarında Turizm və Otelçilik sahəsində müasir dövrdə illərlə praktikada qazanılan təcrübələrdən əldə olunmuş bilikləri əldə edəcəklər.

TURİZMDƏ “AA KLASS” SEMİNARINDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏR ?

Turizmdə “AA Klass” Seminarında Turizm və Otelçilik ixtisasında təhsil alan bakalavr və magistr tələbələri, o cümlədən bu sahədə fəaliyyət göstərən şəxslər iştirak edə bilər.

TURİZMDƏ “A KLASS” SEMİNARINA NECƏ QOŞULA BİLƏRƏM?

Turizmdə “AA Klass” Seminarında iştirak etmək üçünhttps://goo.gl/forms/LulyxfMw0Wubu60i1 linkindən qeydiyyatdan keçə və yaxud da “Hotels Academy”-ə yaxınlaşaraq bilet əldə edə bilərsiniz.

TURİZMDƏ “AA KLASS” HARADA VƏ NƏ ZAMAN KEÇİRİLƏCƏK?

Turizmdə “AA Klass” Seminarı 24 noyabr 2018-ci il tarixində “Qafqaz Sahil Hotel”-də keçiriləcək. Seminarın sonunda iştirakçılar Sertifikat ilə təltif olunacaqlar.

MƏNƏ QARANLIQ QALAN MƏQAMLAR VAR.

Sizə qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün (012) 404 14 72 nömrəsinə zəng edərək,
X. Rüstəmov küç. 1210, AZ1025 Bakı, Azərbaycan ünvanına yaxınlaşaraq və yaxud da [email protected] e-mail adresinə yazaraq suallarınıza cavab ala bilərsiniz.

HOTELS ACADEMY HARADIR ?

Azərbaycan Hospitality sektoruna peşəkaraları yetişdirmək üçün bu sahədə çalışan və azı 10-15 il təcrübəsi olan peşəkar mütəxəssisləri bir araya gətirərək Ölkənin Turizm və Otelçilik sektoruna peşəkar kadr yetişdirilməsinə xidmət edən şirkətdir.

*Seminarda iştirak pulsuzdur.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin