Bank of Baku-da “Mətbuat Katibi” vakansiyası

0

Bank of Baku-da #İŞVAR!

“Mən qələmimlə güclüyəm” deyirsinizsə, bankımızda mövcud “Mətbuat Katibi” vakansiyasına elə indi müraciət edin, böyük ailəmizin bir üzvü də məhz Siz olun!

Müraciət üçün CV-nizi “Mətbuat Katibi” başlığı ilə [email protected] ünvanına göndərməyiniz kifayətdir.

Postu paylaşaraq və ya dostlarınızı tag edərək iş tapmalarına kömək edə bilərsiniz 

Ətraflı:

Əsas vəzifə və öhdəliklər

  • Bankın məhsul və xidmətləri, yenilikləri və ümumi fəaliyyəti ilə bağlı press-relizlərin yazılması və KİV-də yayımının təmin edilməsi
  • Bankdaxili keçirilən tədbirlərə, mühüm hadisələrə dair aylıq bülletenin hazırlanması
  • Bank nümayəndələri ilə media qurumları arasında müsahibələrin təşkili, fərqli mövzularda məqalələrin hazırlanması
  • KİV nümayəndələri ilə peşəkar əlaqələrin qurulması və daim inkişaf etdirilməsi
  • KİV-də yayılan xəbərlərin gündəlik monitorinqi və təhlili

Seçim meyarları

  • Ali təhsili olan şəxslər
  • Azərbaycan və Rus dilləri üzrə əla, İngilis dili üzrə yaxşı şifahi və yazılı ünsiyyət bacarığı olanlar
  • Sahə üzrə 1-3 il iş təcrübəsinə malik olanlar
  • Yüksək ünsiyyət bacarığına malik, danışıqlar apara bilən şəxslər
  • Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər

İş şərtləri

  • İş yeri: Baş İdarə
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Və ya “Müraciət et” linkindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Digər vakansiyalar üçün bura daxil ola bilərsiniz: https://goo.gl/qPwhe4

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin