Cümə gününü (16 noyabr) boş keçirmək istəməyənlərə 7 ədəd ödənişsiz Tədbirləri təqdim edirik. 😉 🙂
- “Digital Marketing” üzrə ÖDƏNİŞSİZ seminara dəvət edirik. Seminarın mövzusu “Google axtarış reklamın əsasları”!
2. Texnologiya, elektronika və proqramlaşdırma, robot texnologiyaları və digər mühəndislik yönlərində öz istedadını göstərmək istəyən və bu sahələrdə bacarıqlarını inkişaf etdirmək istəyən hər kəsi Qərbi Kaspi Universitetində keçiriləcək olan “Makers’ Day 2018” tədbirinə dəvət edirik
3. II Baku Tango Festival
4. Gənclər, sizləri salamlayır və “Zamanın idarə edilməsi” təlimi ilə qarşınıza gəlirik.
5. 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir.
6. Festival çərçivəsində 100 qısa filmə pulsuz baxacaqsınız!
7. YARAT Müasir İncəsənət Məkanı sizi, Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomes-Eqanyanın “Sleypnir” adlı fərdi sərgisinə dəvət edir. Sərgidə nümayiş olunan rəssamın yeni və əhəmiyyətli sənət əsəri özünün daim təzələnən “Rəsədxana” (“Observatory”) silsiləsinin bir hissəsidir.