UTGDİB Gənclər təşkilatlarının V Respublika sərgisində iştirak edib

0
13 noyabrda Bakı Kristal Zalında (Baku Crystal Hall) Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə Gənclər təşkilatlarının V
Respublika sərgisi keçirilib.
Azərbaycan Respublikası baş nazirinin müavini, “Yeni Azərbaycan
Partiyası”nın sədr müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Gənclər
və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və
idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf
Məmmədəliyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gənclər
və idman komitəsinin sədri Ülvi Quliyev sərgidə iştirak ediblər.
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai birliyi sədr müavini Bəxtimşah
Tağıyeva və aktiv üzvlərlə sərgidə təmsil olunub.
Sərgi çərçivəsində ziyatəçilərə UTGDİB və həyata keçirilən layihələr haqqında
məlumat verilib, promo materiallar, suvenirlər və hədiyyələr paylanılıb.