Salam, əziz gənc dostum!
MyBostan.com layihəsi 3 aylıq təcrübə proqramı elan edir.
Əgər növbəti 3 ayını səmərəli keçirmək istəyirsənsə, bu təklif sənin üçündür.
Biz sənə nə vəd edirik?
– Mehriban və sənə bütün bildiklərini öyrədəcək komanda üzvləri;
– Sosial şəbəkələrin idarə olunması;
– Sosial şəbəkə və sayt vasitəsilə satışın həyata keçirilməsi;
Bəs biz kimi axtarırıq?
– Enerji ilə dolub daşan;
– Öyrənməkdən zövq alan;
– Sözlərlə arası yaxşı olan (da, də-ni həmişə düz yazan)
– Azərbaycan dilini əla bilən, (ingilis və rus dil biliyi üstünlük meyarı olaraq götürüləcək)
– Universitet tələbəsi və ya yeni məzun olmuş oğlan və qız (təkcə xanımlar üçün deyil)
CV-lərinizi salam@mybostan.com email ünvanına göndərə bilərsiniz.
Təcrübə proqramının sonunda proqramı uğurla bitirdiyinizi təsdiqləyən sertifikat əldə edəcəksiniz.