Rəsul Həsənov – “Gələcəyin Dizaynı” seminarı

0

Həftəsonu üçün mükəmməl tədbir.
Mövzu: Gələcəyin Dizaynı
Spiker: Rəsul Həsənov
Tarix və saat: 01.12.2018 14:00
Məkan: Bakı Mühəndislik Universiteti(əsas bina akt zalı)

Azərbaycanda qrafik dizayn və brendinq sahəsi üzrə öz sözünü demiş, əl işlərində olan kreativlik, fərqlilik, möhtəşəmlik ilə tanınan Rəsul Həsənovun seminarına hamınızı dəvət edirik. Çəkdiyi hiperrealistik portretlərlə foto-illüstrasiya janrının əsasını qoymuşdur. Azərbaycan dizayn sferasında öz dəsti xətti ilə seçilir. 2015-ci ildə “DÜHA” adlı fərdi sərgisini, 2018-ci ildə isə ikinci “DÜHA” adlı fərdi sərgisini təşkil edib. Həmçinin 2015-ci ildə Ramiz Əlili ilə birlikdə layihə müəllifləri olduğu “Səbayıl Qalasının bərpası” layihəsini irəli sürürlər. 2018-ci ildə “Bir Brendin Hekayəsi” kitabını nəşr etdirib. Hazırda həmtəsisçisi olduğu “Meteor” şirkətinin kreativ direktorudur.

Tədbir Sənaye Mühəndisliyi və Techno klublarının təşkilatçılığı, Coders Azerbaijan’ın dəstəyi ilə təşkil olunur. Tədbir ÖDƏNİŞSİZDİR.
İştirak etmək istəyən şəxslərin 30 noyabr 23:59-a kimi linkdən qeydiyyat keçməsi vacibdir: http://bit.ly/2raSTsv

Əlaqə nömrələri: +994 51 461 83 38, +994 51 510 29 70
Ünvan: Həsən Əliyev 120, (20 yanvardan 199, Memar Əcəmidən 135 saylı marşrutlar universitetin qarşına gəlirlər)

Facebook event

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin