Məleykə Abbaszadə Gəncə şəhərində vətəndaşları qəbul edəcək

0
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə şəhər, Göygöl, Samux,
Daşkəsən, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və
məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul 6 dekabr, saat 10:00-da Gəncə şəhər H.Əliyev Mərkəzində (Gəncə
şəhəri, Nizami Gəncəvi prospekti, 535) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet
saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan
keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə
regional bölməsinə müraciət etmələri xahiş olunur.
Bundan əlavə, Göygöl, Samux, Daşkəsən və Gədəbəy rayon Təhsil
Şöbələrində 29 noyabr – 5 dekabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri
istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin