Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı

0

Əziz gənclər!

Beynəlxalq Könüllülər Günü münasibətilə 7-9 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı” adlı möhtəşəm tədbir keçiriləcəkdir. Festival çərçivəsində 7 dekabr tarixində Bakı Konqres Mərkəzində Forumun keçirilməsi nəzərdə tutulub. Ölkədə fəaliyyət göstərən bütün tələbə-gənclər könüllüləri hərəkat, təşkilat və proqramlarının, aidiyyəti dövlət qurumlarının və beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə baş tutacaq Foruma qoşulmaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Qeydiyyat üçün: https://docs.google.com/forms/d/1E4piUUc-IU_d3tZMbfloyS9pjRwabkWR3BMdx2Hms-E/edit?ts=5bffa3ea

Forumda iştirak edərək könüllülük hərəkatı haqda ətraflı məlumat əldə edə, aparıcı şirkətlərin əmək yarmarkası ilə tanış ola, müsabiqələrə qoşularaq hədiyyələr qazana və festival müddətində Şamaxı-Pirquluda həyata keçirələcək Könüllülərin qış düşərgəsinə aparılacaq 100 gənc könüllüdən biri ola bilərsiniz.

Son müraciət tarixi: 4 dekabr saat 23:00

Unutmayın ki, Biz birlikdə güclüyük!

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin