ARTIM Lab 2019-2020 layihəsinə müraciətlərin qəbulu başladı

0

Gənc rəssamların nəzərinə📌ARTIM Lab 2019-2020 layihəsinə müraciətlərin qəbulu başladı 📮Layihə 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə iştirak incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
İştirakçılar üçün tələblər: 🔺Proqram iştirakçıları incəsənət nəzəriyyəsi sahəsində biliklərini artırmaq üçün YARAT Akademiyası-nın bütün tədbirlərində mütəmadi iştirak etməlidirlər
🔺Yeni ideyalar fikirləşmək və onları həyata keçirmək
🔺Gündə ən azı 3 saat emalatxana təcrübəsi
🔺Həftənin hər cümə (saat 16:00-20:00) və şənbə (saat 10:00-16:00) günləri rəssamlar, kuratorlar, beynəlxalq rezidentlər və ustadlar tərəfindən mühazirə, müzakirə və ustad dərslərində iştirak etmək
🔺YARAT Akademiyası-nın mühazirələrində iştirak (mart-aprel, oktyabr-noyabr aylarında hər bazar ertəsi, çərşənbə axşamı və cümə günləri)
🔺Hər bir iştirakçı tərəfindən təşkil olunacaq 4 qısa təqdimat sərgisi üçün 4 fərqli incəsənət əsərinin yaradılması (əsərlərin istehsal xərcləri iştirakçılar tərəfindən qarşılanmalıdır)
❗️Portfolioları 21 yanvar tarixinə kimi [email protected] poçt ünvanına göndərmək gərəkdir ❗️Seçilmiş namizədlərin adları mart ayının birinci həftəsi elan olunacaq
☎️(012) 505 1414

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin