Tələbələr üçün Təcrübə Proqramı: Biznesin İnkişafı sahəsi üzrə Tələblər: – 3-4 kurs tələbələri – Marketinq və ya iqtisadiyyat sahəsi üzrə təhsil – Marketinq sahəsinə maraq – Yaradıcı və innovativ fikirli – İngilis dili (arzuolunandır) – Ofis proqramlarında sərbəst işləməyi bacarmalı Təcrübə proqramı ALMA Consulting şirkətində keçiriləcək. Proqram ödənişsizdir, müddəti 3 aydır. Proqramı müvəffəqiyyətlə başa vuran tələbələrə sonda sertifikat və tövsiyə məktubu veriləcək. Təcrübə proqramı ilə maraqlanan tələbələr başlıqda “Biznesin inkişafı üzrə təcrübə proqramı” yazmaqla motivasiya məktubu və cv-lərini [email protected] elektron adresinə göndərə bilərlər.