“Uğur bələdçiləri” layihəsi

0

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi , Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Uğur bələdçiləri” layihəsini təqdim edir!

“Uğur bələdçiləri” layihəsinin əsas məqsədi ölkə gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, gələcək karyeraya hazırlıq, bu kimi fəaliyyətlərin sistemli öyrənilməsi, mənsub olduqları gənc sosial sferada biliklərin aşılanması, onlara bir növ mayak rolu oynaması üçün gəncləri hazırlanmasında işlərin görülməsini özündə ehtiva edir.

Layihə üç mərhələdə həyata keçiriləcək:

Birinci mərhələ:

2 ay ərzində seçilmiş şanslı 25 nəfər gənc üçün silsilə təlimlər həyata keçiriləcək.
Təlimlərin mövzuları:
-“Karyera planlaması və əmək bazarı”,
-“Rezyume hazırlanması”,
-“İxtisas seçimi”,
-“komanda işi”,
-“Müsahibəyə hazırlıq”, -“Məqsədlərin təyin olunması və motivasiya”,
-“Layihələrin idarə edilməsi”

İkinci mərhələ:
– Quba rayonunda əyləncəli 2 günlük “qış məktəbi” təşkil olunacaq.

Üçüncü mərhələ:
– Təhsil aldıqları universitetdə karyera planlaması və yuxarıda adını qeyd etdiyimiz mövzu və bu kimi digər uyğun sahələrdə tələbələr və öz yaxın ətrafları üçün “bələdçi” rolunu oynayacaqdır.
İştirakçıların seçim meyarı:
– 18-25 yaş arası gənclər;
– Universitet və ya kollec tələbəsi olmalı;
– Yüksək motivasiyalı və kreativ düşüncəyə sahib olması;
– Təhsil aldığı müəssisədə aktiv biri olmalı;
– Öyrənməyə və təcrübə paylaşımına həvəsli olmalı;

Layihə üzrə seçimlərə qatılmaq üçün qeydiyyat linki;
https://goo.gl/forms/9di70xPRtikdakLE3
Son qeydiyyat tarixi: 01.12.2018 Saat: 23:59

Ətraflı məlumat üçün:
Ünvan:
“ASK” Plaza Tbilisi, 27, Bakı, Yasamal, AZ1065, (012) 565 43 21
Elektron poçt ünvanı: [email protected]
Layihə koordinatoru: Qəmər Babayeva
Əlaqə : +994776415067

BIR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin